İldırım vuran qadının bədənindəki QƏRİBƏ DƏYİŞİKLİKLƏR

Altı övladının gözü qarşısında ildırım vurmasından sağ çıxan amerikalı qadın hadisədən sonra tufan yaxınlaşdığını hiss edir.
Avtosfer.az-ın xəbərinə görə , 2009-cu ildə Texas ştatının Forney şəhərindən olan Kimberli Krohn o vaxtlar 6 uşağını yedizdirdikdən sonra mətbəxdə qabları yuyurmuş. Daha sonra bu ərazidə güclü tufan qopub və cəmi 5 dəqiqə ərzində mütəxəssislər 1200 ildırım çaxmasını qeydə alıblar.
Bir neçə dəqiqə sonra mətbəxdə nəhəng ildırım peyda olub, qadının əlində olan tavadan sıçrayıb və uşaqların gözü qarşısında onun sinəsinə dəyib. "Ağrı və yanma iyini xatırlayıram - mən yalnız yanğın hiss edir və yalnız bunun tezliklə bitməsini arzulayırdım", - o bildirib.
Xoşbəxtlikdən onun 9 yaşlı oğlu tez köməyə gəlib və təcili yardıma zəng edib. O, dispetçerə “tavandan ildırım çaxıb” və anasının çox xəstə olduğunu deyib. Yayılan görüntülərdə şoka düşən uşaq anasına ölməməsi üçün yalvarmış.
Paralel olaraq eyni evə başqa bir ildırım düşüb və başqa bir otaqda kompüter buna görə yanıb. 16 dəqiqədən sonra hadisə yerinə gələn təcili xidmət əməkdaşları amerikalını xəstəxanaya aparıb.
Qadının ildırım vurmasından sonra bütün sinir sistemi sönüb. Bir neçə il sonra jurnalistlərə verdiyi müsahibədə Kron etiraf edib ki, indi o, yaxınlaşan fırtına və şimşəyi hiss edə bilir. Bu, sinəsini ağrıdır.
“Hələ də ağrılarım var. Fırtına xüsusən də yaxınlaşdıqca sinəm sıxılır. O ki qaldı ildırım çaxması yaxılaşanda. Həmişə belə hallarda əsəbi oluram”, – o paylaşıb.
Altı uşaq anası hələ də başgicəllənmədən əziyyət çəkir və bədəninin sol tərəfi sağdan daha zəifdir. Maraqlıdır ki, o, hələ də ildırım vurduğu ərazidə yaşayır.
Lent.az
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










