İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilindəki yoxlama zamanı iştirak edən polis əməkdaşlarından növbəti bir nəfəri şahid kimi sərbəst ifadə verib.
Əməliyyatçı təqsirləndirilənin çantasından narkotik maddənin aşkar olunduğunu, İlhamə Əskərovanın da həmin maddənin şəxsi istifadəsi üçün olduğunu onlara bildirib. İ.Əskərova isə ifadə verən şəxsə etiraz edib.
Müdafiə tərəfi müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib.
Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.
Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub. Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.
Almaz Əskərova ifadəsində bildirib: "Biz səhər evdəydik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər içəri girdi. Dərhal İlhaməni yoxlamağa başladılar. Məni çıxartdılar çölə. Evi yoxladılar. Mən də pəncərədən görürdüm. Sonra gördüm ki, qızımın əlləri qandallıdır".
Növbəti iclas sentyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb. İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR










