İlin II Ay tutulması - Azərbaycanda da izləyəcəyik

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu, tam Ay tutulmasıdır (bəzən “Qanlı Ay” da adlandırılır).
Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır.
Qanlı rəng Ay üfüqdə olarkən daha “dramatik” görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.
Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.
Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları sentyabrın 7-də “Qanlı Ay” tutulmasını canlı izləmək imkanı əldə edəcəklər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












