İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq

Şuşada tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin sonuna qədər Şuşada 450 mənzildən ibarət 23 yaşayış binasının inşası başa çatacaq.
Bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.
O bildirib ki, bu ilin sonuna kimi Şuşa sakinləri həmin binalardakı mənzillərə köçürüləcək: "Tikilən binaların hamısında Şuşa şəhərinin mədəni irsi,tarixi də qorunur və şəhərin memarlıq üslubuna uyğun inşa olunur. Şuşalıların böyük qayıdışı planına əsasən bu ilin sonuna qədər ilk qrup Şuşa şəhərinə qayıdacaq".
Xidmət direktoru bildirib ki, paralel olaraq şəhər ərazisində iaşə obyektləri də inşa olunur: "Hazırda Şuşada "Xarı Bülbül" və "Qarabağ" hotelləri fəaliyyət göstərir. Bundan başqa, "Xarı Bülbül" hotelinin ikinci korpusu və "Yeni Şuşa" hotelinin inşası davam etdirilir. Eyni zamanda Şuşada yerli investorlar hesabına 10 yeni iaşə obşetki inşa edilir". (trend)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











