İlon Mask ABŞ hakimiyyəti üçün təhlükəyə çevrilib

İlon Maskın və şirkətlərinin artan təsiri ABŞ prezidenti Co Baydenin administrasiyasında artan narahatlığa səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, iş adamı nəqliyyat, aerokosmos, səhiyyə və sosial şəbəkələrlə məşğul olan beş şirkətə sahibdir ki, bu da böyük təsir gücü yaratmaqla hökumətin maraqlarına toxunur.
Hakimiyyət orqanları biznes imperiyası, sərvəti və siyasi əlaqələri sayəsində sahibkarın toxunulmaz hala gələ biləcəyindən qorxurlar. ABŞ administrasiyası ehtiyat edir ki, "Tesla"nın Çinlə artan əlaqələri və Yaxın Şərqdən maliyyələşməsi Maskı xarici təsirlərə məruz qoya bilər. Agentliyin məlumatına görə, bəzi administrasiya rəsmiləri hökumətin "Mask imperiyasını məhv etməyə" məcbur olacağını irəli sürüblər.
Qeyd edək ki, "Bloomberg" indeksinə görə, martın 21-nə olan məlumata əsasən Mask 171 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən varlı adamıdır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












