“İmamoğlu işi” ilə bağlı daha 47 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyatda daha 47 şübhəli saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla şübhəlilər barəsində “cinayətkar təşkilata liderlik etmə”, “cinayət təşkilatına üzv olma”, “hədə-qorxu ilə tələb etmə”, “məlumatları ələ keçirmə”, “tenderin saxtalaşdırılması” ittihamları ilə başladılan korrupsiya istintaqı davam etdirilir. İstintaq çərçivəsində daha 53 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.
Bunun ardınca Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlarda 47 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində və iş yerlərində axtarışlar davam edir. Qaçan 6 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində martın 23-də Ə.İmamoğlu haqda həbs qərarı verilib. Daha sonra Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və istintaq müddətini əhatə edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












