İmişlidə 9 min manata yaxın qızıl-zinət əşyaları oğurlayanlar saxlanılıb - FOTO

İyulun 28-də İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini Elxan Məmmədli və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Məmmədli tanışı olan yeniyetmə ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin yaşadığı ünvana qanunsuz daxil olaraq oradan dəyəri 8855 manat olan qızıl-zinət əşyaları və 190 manat pul oğurlayaraq sonuncuya 9000 manatdan çox maddi ziyan vurublar.
Oğurluq yolu ilə ələ keçirdikləri qənimətlərin əksəriyyətini dəyərindən ucuz qiymətə satan həmin şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Qızılların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA













