İmişlidə avtomobil yolun üzərində uzanmış şəxsi vurub öldürərək qaçıb

İmişli rayonunda avtomobil yolun üzərində uzanmış şəxsi vurub öldürərək qaçıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən asfalt örtüyünün üzərində uzanmış vəziyyətdə olan İmişli rayon Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Xasayev Fərman Qəhrəman oğlunu görməyib. Bu zaman sürücü avtomobillə onun üzərindən keçib. Nəticədə Z.Murtuzayev F.Xasayevin ehtiyatsızlıqdan ölümünə səbəb olub və avtomobili saxlamayaraq hadisəsi yerindən qaçıb.
İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İstintaq zamanı F.Murtuzayev şübhəli şəxs qismində tutulub.
Report
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












