İnformasiya və kommunikasiya sahəsinə məsul nazirlərin görüşü keçirildi - FOTO

Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirlərinin “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi çərçivəsində İKT infrastrukturunun inkişafı” mövzusuna həsr olunan virtual görüşü keçirilib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüş Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və İKT infrastrukturunun inkişafında təcrübə mübadiləsinə nail olmaq məqsədi daşıyıb. İKT sektorundakı ən son inkişaf və yeniliklər paylaşılıb, səmərəli təcrübələr müzakirə edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanda İKT infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Nazir bildirib ki, artan tələbatı nəzərə alaraq biz GPON texnologiyasının tətbiqi ilə ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edirik:
“Bu gün Azərbaycanda ev təsərrüfatlarının 39%-nin (1 milyondan çox ev) fiber-optik genişzolaqlı internetə çıxışı var və 2024-cü ilin sonuna kimi bütün ev təsərrüfatlarının yüksək keyfiyyətli genişzolaqlı internetə çıxışla təmin olunması planlaşdırılır”.
Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin müavini Tomas Lamanauskas, habelə Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazir və nazir müavinləri çıxış edərək İKT sahəsi qarşısında duran çağırışlardan bəhs edib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər və yeniliklərlə bağlı öz təcrübələrini bölüşüblər.
Görüş çərçivəsində İKT sektorunun sürətli inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının vacibliyinə diqqət çəkilib. Vurğulanıb ki, İKT infrastrukturunun möhkəmləndirilməsi və inkişafı DİM-in müvəffəqiyyətlə həyata keçirilməsi üçün əhəmiyyətli rol oynayır.
Tədbir zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadə də çıxış edib və təşkilatın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Görüşün sonunda Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirlərinin Birgə Bəyannaməsi qəbul olunub.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










