İnterval iki dəqiqə olduğu halda pik saatlarda qatarların gecikməsinə səbəb nədir? - AÇIQLAMA

“Bakı Metropoliteni”ndə gur saatlarda qatarlararası interval iki dəqiqə olaraq müəyyənləşib. Lakin bəzən qatarın gəlməsinin iki dəqiqədən daha çox vaxt apardığını da müşahidə edirik. Son günlər metropolitenin “Qara Qarayev” stansiyasında səhər saat 08:15-08:30 radələri arasında qatarların 3-4 dəqiqəlik intervalla işləməsi müşahidə olunur. Bu isə özlüyündə sıxlığa gətirib çıxarır və vətəndaşların vaqonlara daxil olması bir qədər də çətinləşir.
Bəs görəsən, intervalın 3-4 dəqiqəyə çatma səbəbi nədir?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gur saatlarda interval iki dəqiqədir, ancaq bəzi xüsusi hallarda gecikmələrin baş verməsi mümkündür:
“Bizim verdiyimiz məlumatlarda o da əks olunub ki, ehtiyat qatar xəttə bir çox hallarda “Nəriman Nərimanov” stansiyasından daxil olur. Qeyd edilən saatlarda sıxlığın aradan qaldırılması üçün əks istiqamət üçün də tədbirlər görülməlidir. Bu hal baş verdikdə isə “Ulduz” stansiyasından “Həzi Aslanov”a qədər qatarlararası interval normadan artıq ola bilir. Əfsuslar olsun ki, “Bakı Metropoliteni”nin elektrik deposu məhz xəttin ortasında yerləşir. Hər xəttin öz deposu prinsipinə tam əməl etmək olmur. Yaşıl xəttin elektrik deposu hələ ki inşa mərhələsindədir”.
Qurum rəsmisi diqqətə çatdırıb ki, gələcəkdə xətlər ayrıldıqda, hər xəttə öz deposu xidmət göstərdikdə bu problemlər olmayacaq:
“Bu gün isə gur saatlarda vəziyyəti tənzimləmək üçün xəttə ehtiyat qatarlar buraxılanda belə bir hal yaşana bilir. Hətta bizim bir ehtiyat qatarımız səhər saat 6:40-da xəttə daxil olur. O qatar “Memar Əcəmi” - “Neftçilər” arasında dövrə vurur. Bu isə o deməkdir ki, həmin qatar stansiyalardan çıxanda “Memar Əcəmi”dən üzü “Dərnəgül”ə, “Neftçilər”dən isə “Həzi Aslanov”a qədər siz eyni qayda ilə iki dəqiqədən artıq interval görəcəksiniz. Bunlar texniki məsələlərdir, optimal həll yollarını tətbiq edirik”.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










