İqlim istiləşməsində rekord göstərici

Lids Universitetinin alimləri iqlim istiləşməsinin rekord göstəricisini qeydə alıblar. Belə ki, temperatur 2013-2022-ci illər ərzində 0,2 dərəcədən çox artıb. Araşdırmanın nəticələri "Earth System Science Data" jurnalında dərc olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Dünyanın 50 aparıcı ekspertinin apardığı araşdırma göstərir ki, iqlimlə bağlı tədbirlərin tempi və miqyası qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün yetərli deyil. Son onillikdə karbon qazının (CO2) orta illik emissiyası bütün zamanların ən yüksək həddinə 54 milyard ton və ya onun digər qazlardakı ekvivalentinə - hər saniyə təxminən 1,7 min tona çatıb.
Bundan başqa, 2000-ci ildən bəri quruda temperaturun sürətlə artması müşahidə olunur. Son on ildə temperatur minilliyin birinci onilliyi ilə (1,22 dərəcə Selsi) müqayisədə yarım dərəcədən çox (sənayeləşmədən əvvəlki dövrdən 1,72 dərəcə yuxarı) yüksəlib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












