İran-Azərbaycan sərhədində insident - Silah tətbiq edildi - FOTO

İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












