İran gömrüyünün işçiləri ilə naxçıvanlı sürücülər arasında insident

Naxçıvandan Bakıya yük daşıyan sürücülər İran ərazisində təhqir olunduqlarını, döyüldüklərini bildirirlər. Avtosfer.az xəbər verir ki,bu haqda „Gündəlik Naxçıvan“a sürücülər özləri məlumat verib. Sürücülərin bildirdiyinə görə, Biləsuvar gömrüyünün İran hissəsində onlar bilərəkdən günlərlə gözlədilir, etiraz etdikdə isə, təhdid olunurlar. Məqsəd, sürücüləri bezdirib, İran yolundan imtinaya məcbur etməkdir.
Naxçıvandan Bakıya yük aparan TIR-lar İran ərazisindən tranzit olaraq istifadə edirlər.
Babək rayonundan olan sürücü B. Cəfərov deyir ki, onların döyülüb, təhqir olunmasına göstərişi İranın xüsusi xidmət orqanları verir:
„Bir ay bundan öncəyə kimi Biləsuvar gömrüyünü maneəsizi keçib, Bakıya gedə bilirdik. İndi isə, bizi qəsdən günlərlə, bəzən isə həftələrlə gömrüyün qarşısında gözlədirlər. Etiraz edəndə, deyirlər ki, bir də bura gəlməyin, İran ərazisindən yük daşımayın. Narkomanları öyrədib, üzərimizə salırlar. Onlar bizi döyür, təhqir edir, maşınlarımızı əzirlər. Polisə şikayət edirik, deyirlər ki, biz qarışmırıq bu işlərə. Soydaşımız olan gömrük işçilərindən biri dedi ki, sizi buraxmamaq, döyeb-təhqir etmək göstərişi xüsusi xidmət orqanlarından gəlib. Onlar istəmir ki, İran ərazisindən yük daşıyasınız“.
Sürücülər deyir ki, başlarına gələnlərlə bağlı Azərbaycanın aidiyyatı qurumlarına müraciət etsələr də, nəticəsi olmayıb. Bu səbəbdən, onlar artıq İran ərazisindən keçməklə yük daşımaqdan imtina edirlər:
“Biz hər dəfə İranda döyülüb, təhqir olunmaq istəmirik. Onlar bizi provokasiyaya çəkib, həbs etmək istəyirlər. Bununla bağlı narahatçılığımızı Naxçıvan Gömrük Komitəsinə də bildirmişik. Heç bir tədbir görmək istəmirlər. Bakıya yük aparmaq üçün alternativ yol da var – Türkiyə və Gürcüstan ərazisindən keçməklə. Düzdür, uzaq düşür, ancaq bu cür təhlükə ilə üzləşməkdənsə, bu yolu getməyi istəyirik. Buna da hələlik şərait yaratmaq istəmirlər“.
teref.az
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










