İran mülki təyyarələrlə “Hizbullah”a silah daşıyır

İran Beyrut hava limanından silah qaçaqmalçılığı üçün istifadə edir, həmçinin mülki təyyarələr vasitəsilə “Hizbullah” qruplaşmasına silah ötürür.
Bu məlumatı Amerikanın “The Hill” qəzeti dərc edib.
Yazının müəllifi qeyd edib ki, İranın Livan ərazisindən istifadə edərək “Hizbullah”ı silahlandırması Yaxın Şərqdə yeni müharibənin başlanmasına səbəb ola bilər.
Xəbər dərc ediləndən sonra İsrail Livan hökumətinə xəbərdarlıq edib.
Təl-Əviv bəyan edib ki, İran Beyrut hava limanından Livan “Hizbullahı”na silah qaçaqmalçılığı üçün istifadə edərsə, sözügedən aeroport legitim hədəfə çevriləcək.
Bəzi ekspertlər isə hesab edirlər ki, Livanda belə müharibənin başlaması İran hakimiyyətinin planlarına daxildir. Belə ki, bununla Tehran ictimai rəyi xalq etirazlarından yayındıraraq gündəmi müharibə ilə doldura bilər.
oxu.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











