İran polisi hicabsız qadınları “ağıllı kameralar”la izləyəcək

İran Daxili İşlər Nazirliyi ölkədə hicabsız gəzən və və ya yanlış geyinən qadınları müəyyən etmək üçün ictimai yerlərdə və küçələrdə “ağıllı videokameralar” quraşdırmağa başlayıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Tədbir guya “hicab qanununa müqavimətin” qarşısını almaq məqsədi daşıyır.
Qanunu pozanlar ilkin mərhələdə bunun nəticələri barədə xəbərdarlıq məktubları alacaqlar. Qanunu ikinci dəfə pozanların həbs ediləcəyi ehtimalı daha yüksəkdir.
Bundan əvvəl İranın “Donya-e-Eqtesad” qəzeti İran parlamentinin deputatı Hüseyn Cəlalinin bəyanatına istinadən yazıb ki, ölkə hicab geyinməməkdə və ya yanlış geyinməkdə günahlandırılan qadınların bank hesablarının dondurulmasını təklif edib.
Qeyd edək ki, ötən il əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsindən sonra daha çox iranlı qadın çadralarını atıb. Məcburi geyim qaydalarına məhəl qoymadıqları üçün həbs olunma riski ilə üzləşən qadınlar hələ də ölkənin müxtəlif yerlərində hicabsız gəzirlər. (report)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











