İran vətəndaşından heroin alan şəxs tutuldu

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Elçin Əliyev saxlanılıb.
Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E. Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan ümumi çəkisi 2 kq 0.45 qram “heroin” aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun narkotik maddəsni İran vətəndaşından aldığı müəyyən olunub. Dindirilimə zamanı E. Əliyev ifadəsində narkotiki İran vətəndaşından aldığını və pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bununla da Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 4 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb ki, bunun da 2 kq-nı güclü təsir edici narkotik maddə təşkil edir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












