İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs tutulub - VİDEO

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar İsgəndərli saxlanılıb.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədi ilə göndərdiyi heroini qəbul etdiyini bildirib.
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












