İranda etiraz aksiyalarında həbs olunan mətbuat nümayəndələrinin sayı açıqlandı

İranda etiraz aksiyaları zamanı 73 mətbuat nümayəndəsi həbs olunub.
Bu barədə “Amerikanın səsi” radiosunun fars dili redaksiyası məlumat yayıb.
Bildirilib ki, etiraz aksiyalarının 110-cu günüdür. Bu müddətdə 19 200 etirazçı tutulub. Onların 73-ü KİV nümayəndəsidir. Jurnalistlər birliyinin dərc etdiyi araşdırmaya əsasən, tutulanların 38-i müstəqil, 25-i isə ümumiran media, 10-u əyalət mediasının müxbiri, 10-u isə fotomüxbirdir.
Məlumata görə, tutulan jurnalistlər arasında hakimiyyətin İRNA, İSNA, İLNA, “Kar”, “Mehr” kimi xəbər agentliklərinin əməkdaşlarının da adları var. Ən çox isə islahatçılara yaxın sayılan “Şərq”, “Həft Sobh” və “Fərəz” kimi media orqanlarının jurnalistləri həbs edilib.
Məhsa Əmininin Tehrandakı Kəsri xəstəxanasına yerləşdirilməsindən sonra hadisə ilə bağlı xəbər verən ilk müxbirlərdən biri “Şərq” qəzetinin əməkdaşı Nilufər Həmidi və “Hamamixan” qəzetinin əməkdaşı İlahə Məhəmmədi Məhsanın dəfn mərasimini işıqlandırdıqları üçün “Qərblə əməkdaşlıqda” ittiham olunaraq tutulublar. (report)
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










