İranda hökumətlə parlament yanacağın qiymətində razılaşa bilmir

“İran hökuməti enerjidaşıyıcılarının, o cümlədən benzinin qiymətini qaldırsa, onda bazar alovlanacaq, insanlar üçün iqtisadi problemlər yaranacaq”.
Avtosfer.az xəbər verir ki, bunu İran parlamentinin Energetika komissiyasının üzvü Qasim Saedi bildirib.
Deputat qeyd edib ki, enerjidaşıyıclarının, xüsusilə benzinin qiymətinin artması başqa malların və xidmətin də qiymətlərinin qalxmasına birbaşa təsir göstərir: “Hökumət heç bir halda enerjidaşıyıclarının qiymətini artırmamalıdır”.
Q.Saedi əhalinin güzəranının ağırlaşmasından danışmasa da, üstüörtülü şəkildə buna işarə edib: “İndi biz insanların həyat şəraitini yaxşılaşdırmağa, bazarı idarə etməyə çalışmalıyıq. Cəmiyyətin ən zəif təbəqələrinin həyatını yaxşılaşdırmaq yollarını nəzərdən keçirmək lazımdır”.
O, hökumətin benzin və başqa yanacaq məhsullarının bahalaşması planını parlamentin qəbul etmədiyini vurğulayıb.
Xatırladaq ki, hazırda İran parlamenti 2023-cü il, İran təqvimi ilə 1402-cü il (martın 21-dən başlayır) üçün dövlət büdcəsini müzakirə edir.
Mütəxəssislər hesab edirlər ki, ölkədə son aylar milli valyutanın inflyasiyasının proqnozlaşdırıldığından çox olması iqtisadiyyatda ciddi problem yaradıb. Bundan başqa, İran iqtisadiyyatına, o cümlədən təbii qaz hasilatı sahəsinə xarici sərmayənin qoyulmaması, yaxud azlığı gəlirləri sürətlə azaldıb. Etiraz aksiyaları, bahalıq, iqtisadiyyatda yaranan tənəzzül İran hakimiyyəti üçün arzuolunmaz vəziyyəti yetişdirib. Hökumət çıxış yollarından biri kimi yanacağın, o cümlədən benzinin qiymətini qaldırmaqda görür.
Report
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












