İrandan gətirilən 15 milyonluq narkotik ələ keçirildi - VİDEO

İrandan gətirilən külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilmişdi.
Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb.
Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən “kanallar”a ciddi zərbə endirilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!













