İrandan ölkəyə narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb.
Ondan ümumilikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












