İrəvanda İrandan göndərilən narkotikləri satan cinayətkar qruplaşma müəyyən edilib

İrəvanda İrandan göndərilən narkotik vasitələrin satışı ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşma müəyyən olunub.
Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Baş Prokurorluğa 2020-ci ilin əvvəlində İrəvan sakininin daha iki şəxslə birlikdə narkotik vasitələrin satışı məqsədilə cinayət qrup yaratması, onların əsasən İran İslam Respublikasından göndərilən müxtəlif növ narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmələri barədə məlumat daxil olub. Ermənistan Respublikası ərazisində satış üçün nəzərdə tutulmuş narkotik vasitələrin bir hissəsi cinayətkarlar tərəfindən ölkə ərazisindən tranzitlə xaricə çıxarılıb, həmçinin respublikada satışı üçün nəzərdə tutulmuş külli miqdarda narkotik vasitələrin satışı həyata keçirilib.
Narkotik vasitələrin satışından əldə edilən vəsaitlərin cinayət mənşəli olduğunu gizlətmək üçün bu məbləğlər müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş elektron pul kisələrinə və kriptovalyuta hesablarına köçürülüb. Sonra onlar cinayətkar təşkilatı yaradan və ona rəhbərlik edən şəxslərə ötürülüb, həmçinin cinayətkarlar tərəfindən nağdlaşdırılıb və ya başqa yolla satılıb.
Faktla bağlı cinayət işi başlanıb. Cinayətkar qruplaşma üzvərindən biri həbs olunub. (report)
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ










