İRİA ilə “Astana Hub” arasında Memorandum - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb.
Avtosfer.az xəbər verir ki, sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.
Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı dəstəyi üçün daha sıx əməkdaşlıq edəcək. Məqsəd startaplar üçün bazarlara çıxış və vençur maliyyələşmə imkanlarına əlçanlığı genişləndirməkdir. “Astana Hub” ilə müvafiq istiqamətlərdə strateji tərəfdaşlıq, bilik və təcrübə mübadiləsi həyata keçiriləcək.
Qeyd edək ki, sənəd, eyni zamanda, Azərbaycan və Qazaxıstan startaplarının iştirakı üçün ortaq inkubasiya və akselerasiya proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Startaplar, innovatorlar və ekosistem üzvləri üçün mentorluq, təlim və resurslara çıxışın dəstəklənməsi də tərəflərin əməkdaşlıq çərçivəsində qarşıya qoyduğu məqsədlər arasındadır.

Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












