İşə qəbul zamanı narkoloji test tələb edilə bilər - VİDEO

Bütün sahələrdə işə qəbul zamanı narkoloji testdən keçmə tələbi təklif edilir.
"Narkoloji xidmət və nəzarət haqqında" qanuna görə dövlət işində, müxtəlif vəzifələrdə çalışanlar işə qəbul zamanı və işlədiyi müddət ərzində vaxtaşırı olaraq, mütləq şəkildə tibbi müayinədən keçirlər. Ancaq hazırda bu tələb bütün işlərə şamil edilmir. Vətəndaşlar bu tələbin əhatə dairəsinin daha da genişləndirilməsini vacib hesab edirlər.
Əmək hüquqları üzrə mütəxəssis Sahib Məmmədov bildirir ki, hazırda dövlət qulluğu ilə bağlı şəxlsərin narkoloji testdən keçirilmələri ilə bağlı hər hansı tələb yoxdur. Ancaq hər hansı bir qurum işçinin qəbul edilməsindən sonra belə bir testdən keçməsini tələb edə bilər.
Sahib Məmmədov hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa sürücülər, aviadispetçerlər, nəqliyyatı tənzimləmək sahəsində çalışanların da narkoloji testdən keçməsi tövsiyə olunandır.
Mütəxəssis deyir ki, Azərbaycanda qanda qalıcılıq qısa müddətli olduğu üçün qandan narokoloji test götürülmür. Məhkəmə tibbi-ekspertizaları üçün izləri 1 ilədək qalıcı olan dırnaqdan nümunə götürülür. Şübhə varsa, saçdan, dırnaqdan da nümunələr götürülə bilər.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












