İşğaldan azad edilmiş əraziyə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müvafiq icazəsi olmadan işğaldan azad edilmiş əraziyə daxil olmaq istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb.
Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib.
Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












