İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs tutulub - FOTO

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, gecə saatlarında evə daxil olan naməlum şəxs oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.
Rayon polis şöbəsinə məlumat daxil olduğu andan cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, K.Qarayevin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












