İsmayıllıda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTO

İsmayıllı Rayon Polis Şöbəsində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Dövlət Himni səsləndirilib.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söz açıb, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















