İsmayıllıda narkotiklərlə əlaqəli üç nəfər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb.
O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.
Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












