İsmayıllının ucqar dağ kəndlərinə yol çəkilir

İsmayıllı rayonun Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərinə ilk dəfə asfalt yol çəkilir. Bu kəndlər dəniz səviyyəsindən 1500 metrdən yüksək hündürlükdə olmaqla, rayon mərkəzindən 40 kilometrdən çox məsafədə yerləşir. Basqal qəsəbəsindən başlayaraq bu kəndlərə çəkilən yolun uzunluğu ümumilikdə 10 kilometrdir. Burada yol yatağı yenidən qurulur, körpü və suötürücü kollektorlar quraşdırılır və asfalt döşənir. İşlər “İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilir.
Məlumat üçün bildiririk ki, Prezident İlham Әliyev 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar sәrәncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq ərazidə tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılır, həmçinin ənənəvi xalq sənətkarlığı növlərinin və turizmin dirçəldilməsi də nəzərdə tutulur.
Bundan əlavə, 17.6 hektarlıq ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikilir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












