İspaniya Ukraynaya sursatla dolu beş təyyarə göndərdi - FOTO

İspaniya Ukraynaya 5 hərbi-nəqliyyat təyyarəsi göndərib.
Təyyarələr iriçaplı artilleriya sistemləri üçün döyüş sursatı ilə yüklənib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Təyyarələr bir neçə gün ərzində ayrı-ayrılıqda göndərilib. Beşinci - T-23 təyyarəsi sentyabrın 9-da Torrexon de Ardos aviabazasından (Madrid) havaya qalxıb. Bu təyyarə ilə Ukraynaya iriçaplı səhra artilleriya sursatları daşınıb. Keçən həftə Rotidəki (Kadiz) bazadan dörd reys həyata keçirilib. Ümumilikdə 75 palet iriçaplı sursat daşınıb.
Bundan əlavə, İspaniya Müdafiə Nazirliyi Ukraynaya tibbi ləvazimatlarla dolu yük maşını göndərib.
Həmçinin Ukrayna hakimiyyətinin qış şəraiti üçün material və forma istəyi də nəzərə alınıb. Belə ki, avqust ayı ərzində İspaniya ordusunun maddi-texniki təchizat bölməsi tərəfindən hazırlanmış avadanlıqlar iyirmi yük maşını ilə artıq İspaniyadan yola düşüb.
İspaniyanın müdafiə naziri Marqarita Robles Praqada keçirilən nazirlər toplantısında həmkarlarına deyib ki, “bütün bu tədarüklər İspaniya tərəfindən Ukrayna xalqına qətiyyətli və daimi dəstəyinin nümunəsidir”.
oxu.az
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ










