İstanbulda əcnəbilərə yaşayış icazəsinin verilməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İstanbulun bütün 39 rayonunda əcnəbi vətəndaşlara yaşamaq icazəsi verilməsinin qadağan olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Türkiyənin Miqrasiya İdarəsi məlumat yayıb.
İdarənin şərhində deyilir ki, hazırda İstanbulun yalnız 10 rayonunda ilkin yaşayış icazəsi üçün müraciət etmək mümkün deyil.
Bildirilir ki, ümumilikdə, Türkiyədə bir iyul 2022-ci il tarixinə 63 rayon və 1169 məhəllə ilkin yaşayış icazəsi almaq üçün bağlanıb. İstanbulda 54 məhəllə müvafiq müraciətlər üçün bağlanıb, çünki burada əcnəbi vətəndaşların sayı əhalinin 20 faizini keçib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mətbuatı məlumat yayıb ki, hələ mart ayında zəruri hallar istisna olmaqla miqrantların sayının artması səbəbindən ölkədə əcnəbilərə yaşamaq icazəsi verilməsi qadağan edilib.
Qeyd edək ki, hazırda Türkiyədə əlində kirayə müqaviləsi olmaqla dərhal bir il müddətinə uzadılma imkanı ilə yaşayış icazəsi əldə etmək mümkündür. (oxu.az)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












