İstanbulda uçuşlar da ləğv edildi - FOTO

Türkiyənin İstanbul şəhər valisi Əli Yerlikaya yanvarın 3-də qatı duman səbəbindən ictimai nəqliyyatda mümkün ləngimələr barədə sakinlərə xəbərdarlıq edib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yerlikaya yanvarın 2-də İstanbula enməli olan 50-dən çox reysin şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirildiyini bildirib.
Türk Hava Yolları hava limanına 100 reysin ləğv edildiyini açıqlayıb.
Açıqlamada, "Xüsusilə gecə və səhər saatlarında Trakya, İstanbul, Çanaqqala, Balıkesir, Bursanın qərbi və Manisa başda olmaq üzrə duman gözlənildiyi üçün görmə qabiliyyətinin azalması və nəqliyyatda axsamalar kimi mənfiliklərə qarşı diqqətli olun”,- qeyd olunub.
Qeyd edək ki, səhər saatlarından İstanbulda təsirli olan duman axşam saatlarında intensivliyini artırıb. Duman səbəbindən bəzi ərazilərdə görmə məsafəsi bir neçə metrə qədər azalıb.


Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












