İstanbuldan Bakıya avtobus reysi fəaliyyətini bərpa edib? - RƏSMİ AÇIQLAMA

Türkiyədən Azərbaycana avtobus reyslərinin yaxın müddətdə fəaliyyətini bərpa edəcəyi bildirilir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə müzakirələr gedir.
Bəzi paylaşımlar zamanı Bakı-İstanbul və İstanbul-Bakı istiqamətində tur-paketlərin məbləği də açıqlanıb. Belə ki, hər iki istiqamət üzrə 140-160 manat xərcləməklə avtobusla səfər etməyin mümkün olacağı deyilir.
Məsələnin aktuallığını və insanların maraq dairəsini nəzərə alaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq və qurumdan məlumatın nə dərəcədə dəqiq olmasını aydınlaşdırdıq. Qurumun Mətbuat Xidmətindən baku.ws-ə bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılıb:
"Bununla bağlı quru sərhədlər hələ ki, bağlıdır və sərnişindaşıma fəaliyyətə həyata keçirilmir. Türkiyədən Bakıya birbaşa reyslərə gəlincə, gələcəkdə hökumət səviyyəsində bunununla bağlı qərar qəbul olunacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək".
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












