İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət və bayram günlərində (mayın 27-29) milli parklarda gözlənilən hava şəraitin açıqlanıb.
Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Samur–Yalama milli parkında istirahət günlərində hava əsasən yağmursuz keçsədə, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 °isti, gündüz 20-25° isti olacaq.
Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-26° isti olacaq.
Ağgöl milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-i gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.
Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.
Göygöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-22° isti olacaq.
Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.
Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










