İsveçrə Almaniyaya 25 ədəd “Leopard” tankını sata bilər

İsveçrə hökuməti tezliklə Almaniyaya istismardan çıxarılan 25 ədəd “Leopard” tankının yenidən satılması ilə bağlı qərar verəcək.
Bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis “SonntagsZeitung” qəzetinə deyib.
O əlavə edib ki, hökumət 96 ədəd “Leopard 2” tankının Almaniyaya satılması təklifinin parlamentdə müzakirəsini diqqətlə izləyir.
İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil bildirib ki, Ukraynaya silahların tədarükü ölkə qanunvericiliyində dəyişiklik edilmədən mümkün deyil.
Onun sözlərinə görə, İsveçrə Kiyevə çoxlu humanitar yardım göndərir və ölkə Ukraynadan olan qaçqınları da qəbul edib. Diplomat əlavə edib ki, parlament qanunvericiliyə dəyişiklik etməyənə qədər silah təchizatı ilə bağlı vəziyyət dəyişməyəcək. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












