Jurnalistlərin Tovuz döyüşlərinin baş verdiyi ərazilərə səfəri təşkil olunub - FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərdə mediatur təşkil olunub.
Nazirlikdən bildirilib ki, media nümayəndələri Tovuz döyüşlərinin iştirakçısı olan, eləcə də bu ərazilərdə dislokasiya olunan hərbi hissədə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.
Hərbi qulluqçular 2020-ci ilin iyul ayının 12-dən 17-dək dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gedən döyüş əməliyyatlarından xatirələrini bölüşüblər.
Mediatur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan şəraitlə də yaxından tanış olublar.
Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən hərbi qulluqçular Vətənə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












