"Jurnalistlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq" - “Global Journalism Council”

“Global Journalism Council” (GJC) beynəlxalq jurnalist təşkilatı ermənilərin minaladağı ərazilərimizdə Azərbaycanın media işçilərini minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bu gün (dünən-red) iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Kəlbəcərdə mina patrtlaması nəticəsində həlak olması bizi çox qayğılandırdı və qanlı olayı dərin kədərlə qarşıladıq. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk".
Qlobal Jurnalistlər Şurasının Prezidenti Mehmet Ali Dimin adından yayılan bəyanatda daha sonra bildirilir ki, rəsmi Bakıya istinadən Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini verməməsi bütün beynəlxalq konvensiyalara ziddir: “Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terrror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan, xüsusilə də beynəlxalq jurnalist təşkilatlarından bu qanlı olaya laqeyd qalmamağa çağırır, jurnalistlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik".
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










