Kadırovun səhhətində ciddi problemlər yaranıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.
Məlumata görə, son bir neçə ayda o olduqca kökəlmiş, şişkin görünür və videolarda çox vaxt gözlərini aça bilmir.
Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Bunu İçkeriya baş nazirinin keçmiş müavini Əhməd Zakayev iddia edir.
Onun sözlərinə görə, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burcil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gəlib.
Deyilənlərə görə, məhz bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.
Kadırovun bəzən enerjili və çevik görünməsi isə stimullaşdırıcı vasitələrdən istifadə etməsilə bağlıdır. Bildirilir ki, Çeçenistan rəhbəri artıq bu və digər həblərə aludə olub. (oxu.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












