Kaliforniyada ermənilərin azərbaycanlılara vurduğu zərəri dövlətimiz ödədi

Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur və məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.
Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirib, onlara məxsus minik avtomobilləri, həmçinin, müxtəlif şəxsi əşyaları yararsız hala salınıb, yaşadıqları mənzillərə ciddi ziyan dəyib.
Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.
Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq, eləcə də, hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












