Kamran Əliyev Kəlbəcər və Laçına səfər edib, hərbçilərlə görüşüb - FOTO

Avqustun 16-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Səfərdə nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Müdafiə Nazirinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət edib.
Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Laçın hərbi prokurorluqlarının əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.
Görüşlərdə çıxış edən Baş prokuror Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarının inkişafına daim diqqət göstərdiyini vurğulamaqla, işğaldan azad edilmiş rayonlarda xidmət edən prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün maddi-texniki təminat və təchizatın günbəgün daha da yaxşılaşdırıldığını bildirib, onlara tapşırıq və tövsiyələrini verib.
Həmçinin, səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.
Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA













