Kanada təyyarə qəzasında ölənlərin yaxınlarına 110 milyon dollar ödəyəcək

Ontario əyalətinin Ali Məhkəməsi Tehranda qəzaya uğrayan təyyarə nəticəsində həlak olan 8 nəfərin yaxınlarına 142 milyon Kanada dollarından çox (təxminən 110 milyon ABŞ dolları) təzminat ödəyəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
Bu qərar təyyarənin vurulmasını qəsdən terror aktı kimi tanıyan əvvəlki məhkəmə qərarına əsaslanır. Qurbanların qohumlarının vəkili Mark Arnoldun sözlərinə görə, Tehran məhkəmənin qərarını könüllü icra etməkdən imtina edərsə, İranın Kanadadakı və xaricdəki aktivlərinə həbs qoymağa çalışacaq.
İran məhkəməyə çağırılsa da, dinləmə zamanı özünü müdafiə etməyib. İran dövləti, ölkənin Silahlı Qüvvələri, Ali Rəhbər Ayətullah Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusu və bir neçə digər müttəhimlər iddiada cavabdeh qismində çıxış ediblər.
"Unikal"
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












