Katalizator oğruları nə qədər qazanır?

Dünyanın əksər ölkələrində avtomobil katalizatorlarının oğurlanması normaya çevrilib.
Avtosfer.az-ın xəbərinə görə, Avrpoada artıq bu işlə məşğul olan şəbəkə formalaşıb. Onlar nəzarətsiz qalan avtomobillərin katalizatorunu diskli mişar (laqunda – dan.) və ya metalkəsən qayçı ilə kəskib çıxarırlar. Peşəkar oğru dəstəsi üçün 1 katalizatorun çıxarılması 3 dəqiqədən tez başa gəlir. Qərbi Avropada oğurlanan katalizatorlar Rumıniya və Bolqarıstana göndərilir. Buradan da post-sovet məkanına yola salınır.
Nisbətən köhnə, çox da tələbat olmayan modellərin katalizatoru isə yerində parçalanaraq rodium, platin və palladium çıxarılır. Afinaj yolu ilə təmizlənən xalis rodiumun 1 qramı təxminən 300 avroya (500 AZN) təklif edilir.
Təkcə Fransanın Yuxarı Qarona departamentində ötən il katalizator oğurluğu 14% artıb. Ötən ay Fransa polisi bir Rumıniya vətəndaşını 37 ədəd Prius katalizatoru ilə saxlamışdı. Ötən həftə eyni departamentdə 1 gecədə 16 katalizator oğurlayan Bolqarıstan vətəndaşı saxlanılıb.
Avtomobil detallarının oğurluğu isə daha ciddi hal alıb. Sözügedən departamentdə detal (disk, təkər, güzgü, fara, bamper və s.) oğurluğu bir ildə 98% artıb. Ən ciddi maraq isə yüngül ərintilərdən olan disklərədir. Ötən ay polis sırf təsadüf nəticəsində minədək oğurluq diskin Bolqarıstana göndərilmək üçün toplandığı anbarı aşkar edib.
Detal oğruları Paris, Berlin, Şturqart və ya Strasburq kimi böyük şəhərlərdə deyil, əhalisi az olan kommunalarda “iş görməyə” daha çox üstünlük verirlər.
Vüqar
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












