Keçmiş başçının Avropadakı biznesi - FOTO

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev Avstriyanın paytaxtında ötən il “Belezza” adlı mebel mağazası açıb. “BELEZZA Design & Concept GmbH” 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib.
Avtosfer.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.
O, şirkətin 33 faizlik pay hüququnun Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizinin onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizinin isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirildiyini yazıb:
“Şirkətin nizamnamə kapitalı 35 000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.
Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti – “S.M.A.N” Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti – “AZ SERVIS - NR s.r.o” üzərindən təsis edib.
Ziyəddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən “ALOV TOV” (MMC) üçün material alışını həyata keçirib. “ALOV” LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı ixrac kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2-si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib”.
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO












