Keçmiş kəşfiyyatçı Putinin bunkerlərindən danışdı: Rusiya prezidenti harada gizlənə bilər?

“Rusiya Prezidenti Vladimir Putin çoxlu bunkerlərə sahibdir. Ancaq onların heç də hamısı uzunmüddətli yaşayış üçün nəzərdə tutulmayıb”.
Bu barədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov FREEDOM telekanalının efirində bildirib.
Jirnov məlumat verib ki, hələ Stalinin hakimiyyəti dövründə Kremlin altında bunker olub. Həmçinin onun zamanında metro xətti də çəkilib ki, bu xətt vasitəsilə o, istənilən vaxt sakitcə Kremli tərk edə bilərdi.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşının sözlərinə görə, ikinci bunker “Ramenki-43” adlanır və həmçinin Moskvada yerləşir.
“Bundan əlavə, bütün xüsusi xidmət orqanlarının bunkerləri var, DTK-nın da bir neçə obyekti var, Baş Qərargah bir neçə obyektə sahibdir”, - deyə Sergey Jirnov əlavə edib.
O qeyd edib ki, həmçinin Putin üçün Novo-Oqaryovoda bunker tikilib.
“Əlbəttə ki, onun iqamətgahlarının olduğu hər yerdə bunkerlər var. Başqa bir məsələ isə bu bunkerlərin nə qədər dərin olması və uzunmüddətli yaşayış üçün nə dərəcədə təchiz olunması ilə bağlıdır. Bax belə bunkerlərin sayı o qədər də çox deyil”, - deyə o vurğulayıb.
oxu.az
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










