Keçmiş məhkumdan snayper tüfəngi götürüldü - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onlardan ümumi çəkisi 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də yivli odlu silah aşkar edilib. Həmin şəxslərdən birinin pul müqabilində İran vətəndaşına narkokuryerlik etdiyi müəyyən olunub.
Keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Qullar kənd sakini Vüqar Ağcayev tutulub. Şəxsi axtarış zamanı ondan külli miqdarda - 2 kiloqram 230 qram heroin aşkarlanıb. Araşdırma zamanı Vüqar Ağcayevin “Whatsapp” sosial şəbəkəsində İran vətəndaşı ilə əlaqə yaradaraq ona narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə saxlanılan şəxs 2000 manat qarşılığında həmin narkotiki Balakəndən paytaxta aparmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə yaşadığı ünvanda odlu silah-sursat və narkotik vasitə gizlətməkdə şübhəli bilinən Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən, eləcə də evindən 110 qram marixuana, snayper tüfəngi və həmin silaha məxsus patronlar aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı isə daha 3 nəfər-Mətin Məmmədov, Həmid Göylərov və Murad Bayoqluyev tutulub. Onların hər üçündən marixuana aşkarlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Mətin Məmmədovun üzərindən aşkarlanan narkotik vasitəni Həmid Göylərovdan, Həmid Göylərovun isə Murad Bayoqluyevdən aldığı məlum olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin satışı, saxlanılması və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb.

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










