Keçmiş məhkumlar bu dəfə oğurluğa görə həbs yatacaq - FOTO

Masallıda yaşayış olmayan evdən 10 min manatlıq oğurluq edən keçmiş məhkumlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 min manat dəyərində qızıl-zinət əşyalarının və min manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal Ağayev və Murad Bağırov müəyyən edilərək saxlanılıblar. Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













