Keçmiş səfir: “İranın Qara dənizə çıxışı Azərbaycanın razılığından asılıdır”

“İranla Ermənistan arasında sərhəd bağlanmayacaq. ABŞ-ın Türkiyədəki səfirinin təklif etdiyi 99 illik icarə müqaviləsi yerinə yetirilməyəcək. Yeganə məsələ Amerika şirkətlərinin bu bölgədə olmasıdır ki, sözə əsasən, onlar da İran sərhədinə gəlməyəcək. Əksinə Ermənistanın dərinliklərində layihələr həyata keçirəcəklər”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri İranın Azərbaycandajkı keçmiş səfiri Möhsün Pakayin “Tabnak” saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, istər dəmir yolu, istərsə də avtomobil yolu olmasından asılı olmayaraq, bu marşrutun tikintisinin müzakirəsi birbaşa Azərbaycanın Ermənistandan İrana marşrutların açılmasıyla əlaqədar razılığı ilə bağlıdır. “Rəsmi Bakı Vaşinqtonda keçirilən ümumi müzakirədən başqa bu məsələ ilə bağlı hələlik mövqe bildirməyib”.
Pakayin deyib ki, erməni dostları onlara söz veriblər. “Erməni dostlarımız bizə söz verdilər ki, amerikalıları Zəngzur sərhəddinə yerləşdirməyəcəklər. Bu vəd özünü doğrultsa, bu, İranla Ermənistan arasında yüksək səviyyədə anlaşmanın olduğunu göstərəcək”.
Keçmiş səfir fikirlərini belə yekunlaşdırıb: “İranın Ermənistan vasitəsilə Qara dənizə qoşulmasına gəlincə, Azərbaycan Ermənistandan İrana kommunikasiya yollarını açsa, buna nail olunacaq”.(tribuna.info)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












