Kəlbəcər balı və arıçılıq məhsulları beynəlxalq bazarlara çıxarılacaq

Kəlbəcər rayonunda istehsal olunun bal və arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezidentin izi ilə Kəlbəcər rayonunda fəaliyyət göstərən "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"na təşkil olunan mediaturda məlumat verilib.
Qeyd olunub ki, 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.
Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası" fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.
Gələcəkdə bu məhsulların "Made in Azerbaijan" brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"nın açılışında iştirak edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












