Kəlbəcər sakini qaçırdığı maşını yandırdı - FOTO

Kəlbəcər rayon sakini qaçırdığı avtomobili yandırıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə aprel ayının 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Dindirilmə zamanı Q. alahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu deyib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














