Kəlbəcərdə baş verən faciənin TƏFƏRRÜATLARI - Hadisə şahidləri danışır - VİDEO

2 gül əvvəl Kəlbəcərdə hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində 2-si media işçisi olmaqla, 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən faciə baş verdi. Sıradakı xəbərimizin qəhrəmanları həmin hadisənin canlı şahidləridir. Söhbət Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyevdən gedir. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb. Hazırda onun səhhəti normaldır.
Onlar bir neçə gündən əvvəl baş vermiş dəhşətli hadisənin canlı şahidləridir. Hadisənin şokundan hələ də ayılmayıblar.
Azərbaycan televiziyasının rejissoru Emin Məmmədov və ''Azərtac''-ın fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə hərbi avtomobilin minaya düşməsi nəticəsində 3 nəfərin ölümü ilə nəticələnən faciənin təfərrüatlarını bizimlə bölüşüblər.
Emin Məmmədovun sözlərinə görə, həmin yol istifadədə olduğundan orada minanın olacağını heç kim gözləmirmiş. Emin Məmmədov qeyd edib ki, partlayışdan sonra avtomobildən düşüb dərhal digər şəxslərin sağ qalıb-qalmamasını yoxlayıb.
Emin Məmmədov hadisə nəticəsində xəsarət alıb. O hazırda səhhətinin stabil olduğunu bildirib.
Azəraycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyev bildirib ki, çəkiliş qrupu iki maşınla hərəkət edirmiş. Relyef mürəkkəb olduğundan onların olduqları avotmobil həmin hissəyə qalxa bilməyib.
Emin Məmmədov və Rəşad Mehdiyev şəhid olan media içilərinin qəbrini bugün ziyarət ediblər. Xatırladaq ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












